“Qazilər də bu güzəşt kateqoriyasına daxil edilməlidir” – Təhsil ekspertibackend

“Qazilər də bu güzəşt kateqoriyasına daxil edilməlidir” – Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İmtahan verərkən ödənişdən azad edilənlərin siyahısı genişləndirilməlidir. Qazilər də bu güzəşt kateqoriyasına daxil edilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov tələbə qəbulu qaydalarında edilən dəyişikliyə, bir sıra kateqoriyalı insanlara edilən güzəştlərə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, ali təhsilin əlçatanlığı geniş müstəvidə təmin edilməlidir:
“Tələbə qəbulu qaydalarında edilən dəyişikliklə birinci dəfə imtahan verəndə xidmət haqqından azad olunanların siyahısı genişləndirilib. Məcburi köçkünlər, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid və əlil olanların övladları da bundan sonra imtahanlarda iştirakdan pulsuz olaraq yararlanacaqlar. Amma hesab edirəm ki, bu siyahını bir qədər genişləndirmək lazımdır. Ölkədə sosial həssas ailə qrupu var. Hər iki valideyni işsiz, valideynin biri və ya hər ikisi əlil olanlara da bu güzəştlər şamil edilməlidir. Sözügedən kateqoriyaya tək Qarabağ müharibəsi əlilləri deyil, həmçinin qazilər də daxil olunmalıdır. Müharibədə iştirak edən hər bir şəxs bizim üçün canlı şəhiddir. Bu müstəvidə hüququ bərabərləşdirməliyik. Bir sözlə, bu kateqoriyaya bütün qazilərin, habelə hərbi xidmət dövründə xəsarət alanların da daxil edilməsini arzulayıram. Dövlətin buna maddi imkanları çatır”.