Qazaxıstan dövlət Milli Rifah Fondu «Samruk-Kazına» daha rublla maliyyələşmənin cəlb olunması məsələsinə baxmır – Rusiya banklarına qarşı yönəlik sanksiyalar səbəbilə.
Bu barədə aprelin 22-də TASS agentliyi xəbər verib.
Agentliyin xəbər verdiyi kimi, bu barədə cümə günü brifinqdə Fondun iqtisadiyyat və maliyyə işləri üzrə icraçı direktoru, İdarə Heyətinin üzvü Nəzirə Nurbayeva bəyan edib.
«Əvvəllər Fondun rublla maliyyələşdirməsi şirkətlər üçün çox aktual olub, çünki Rusiyada qoyulmuş maliyyələşdirmə stavkası kifayət qədər cəlbedici olub. Möhkəm valyutada borcu olan şirkətlər rublu qismən daha yumşaq valyutada refinans ediblər – özlərinin valyuta risklərini aşağı salmaq üçün» – o, deyib.
Ancaq Nurbayevanın sözlərinə görə, indi situasiya başqadır. «Rublun refinans edilməsinin qiyməti dəyişib, sanksiya riskləri əhəmiyyətli dərəcədə yüksəlib – Rusiya banklarına yönəlik – uyğun olaraq, hazırda rublla maliyyələşdirmə daha nəzərdən keçirilmir» – icraçı direktor izah edib.
Bu zaman o, Fondun ötən ilki müsbət maliyyələşdirməsini və istehsal göstəricilərini qeyd edib ki, bu da 2020-ci ildəki böhrandan sonra şirkətlərin biznes-fəaliyyətinin bərpasının göstəricisidir.
Milli Rifah Fondu «Samruk-Kazına» milli şirkətdir və yeganə səhmdarı Qazaxıstan hökumətidir. Fond 2008-ci ildə yaradılıb və kommersiya strukturudur, məqsədi isə respublikanın milli rifahının qaldırılması və milli iqtisadiyyatın modernləşdirilməsindən ibarətdir. Fondun portfel şirkətləri sırasına «Eyr Astana» aviadaşıyıcısı, milli «Kazmunayqaz» neft-qaz şirkəti, «Qazatomprom» şirkəti və «Qazaxıstan dəmir yolları» şirkətləri daxildir.