“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilərbackend

“Qarabağ”ın futbolçusu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubunun futbolçusu Donald Gerrye karyerasını İtaliyada davam etdirə bilər.

“Report” xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü “Haitisporttotal” portalına bildirib. Haiti yığmasının üzvünün xidmətində İtaliya A Seriyasının adı açıqlanmayan klubu maraqlıdır.

“Avropanın Top-5 liqalarından birində oynaya biləcəyimlə fəxr edirəm”, – deyə Gerrye vurğulayıb.

Qeyd edək ki, Donald Gerrye ötən yay “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, Ağdam komandasında 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.