“Qarabağ” xal itirdi, “Neftçi” liderliyə yüksəldibackend

“Qarabağ” xal itirdi, “Neftçi” liderliyə yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qaynarinfo xəbər verir ki, koronavirus pandemiyasına yoluxmalar səbəbindən təxirə salınan XII turun bütün oyunları bu gün keçirilib.
Peşəkar Futbol Liqası turu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “YAŞAT turu” elan edib. Komandalar meydana plakatlarla çıxıb və oyunlardan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış matçı Qəbələdə olub. Lider “Qarabağ” ilk dövrədə məğlub etdiyi “Qəbələ”nin qonağı olub. Üç aydır Premyer Liqada uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirməyi bacarıb. Lakin son dəqiqələrdə qol buraxan Qurban Qurbanovun yetirmələri 1 xalla kifayətlənib.
“Qarabağ”la eyni sayda xal toplayan “Zirə” birinci pilləyə yüksəlmək şansını qaçırıb. “Sumqayıt”ı qəbul edən bakılılar iki dəfə hesabda geri düşməsinə baxmayaraq, yekunda 1 xala sevinməli olublar. Rəşad Sadıqovun kollektivi məğlubiyyətsiz oyunlar seriyasını 6-ya yüksəltsə də, bu, liderliyi ələ keçirmək üçün yetərli olmayıb. “Gənclik şəhəri” təmsilçisi isə 3 turdan sonra aktivinə xal yazdıra bilib.
Autsayder “Səbail” ondan cəmi 3 xal öndə olan “Keşlə” ilə üz-üzə gəlib. Baş məşqçilərin koronavirusa yoluxduğu üçün iştirak etmədikləri görüşdə “Səbail” erkən qollar sayəsində qələbə qazanaraq, nəinki son pillədən qurtulub, hətta 5-ci yerə qədər irəliləyib.
Tura “Bank Respublika Arena”da yekun vurulub. Liderlər qrupunda qərarlaşan “Neftçi” autsayderlər zonasında yer alan “Sabah”ın qonağı olub. “Qarabağ” və “Zirə” büdrədiyindən, qələbə “Neftçi”ni 1-ci pilləyə yüksəldib. Rəqibini məğlub edən Samir Abasovun komandası liderliyi ələ keçirib. “Sabah” isə turnir cədvəlinin “zirzəmi”sindən yaxa qurtara bilməyib.
Qeyd edək ki, Premyer Liqada XIII turun oyunları dekabrın 24-də keçiriləcək.
Premyer Liqa
2020/21 mövsümü
II dövrə, XII tur
20 dekabr
Qəbələ – Qarabağ 1:1
Qollar: Rafael Utriq, 83 – Filip Ozobiç, 51
Qırmızı vərəqə: Rövlan Muradov, 59
Qəbələ şəhər stadionu
Keşlə – Səbail 0:2
Qollar: Urfan Abbasov, 11. Əfran İsmayılov, 17
“ASK Arena”
Zirə – Sumqayıt 2:2
Qollar: Ağabala Ramazanov, 56. Qismət Alıyev, 62 – Murad Xaçayev, 11. Rəhim Sadıxov, 57
Zirə İdman Kompleksinin stadionu
Sabah – Neftçi 0:2
Qollar: Namiq Ələsgərov, 45+3-pen., 65
“Bank Respublika Arena”

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

12

6

3

3

13:13

21

2

Qarabağ

11

5

5

1

28:8

20

3

Zirə

12

5

5

2

14:11

20

4

Sumqayıt

12

4

4

4

15:18

16

5

Səbail

11

3

4

4

13:13

13

6

Keşlə

12

3

4

5

12:18

13

7

Qəbələ

12

2

6

4

10:19

12

8

Sabah

12

3

1

8

11:16

10

Bombardirlər

Namiq Ələsgərov (Neftçi) – 8. Filip Ozobiç (Qarabağ) – 7. Əli Qurbani (Sumqayıt), Mahir Emreli (Qarabağ) – 6. Davit Volkov (Zirə), Rauf Əliyev (Səbail), Donald Gerye (Qarabağ), Ağabala Ramazanov (Zirə) – 4.