“Qarabağ” Qazaxıstanda önəmli matçda qalib gəldibackend

“Qarabağ” Qazaxıstanda önəmli matçda qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

TİA.AZ xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la üz-üzə gəlib. Qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə “Qarabağ” xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.

Qrupun digər matçında İsveçrə “Bazel”i Kiprdə “Omoniya” ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, “Qarabağ” pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.

4 noyabr

Konfrans Liqası

H qrupu, 4-cü tur

19:30. “Kayrat” (Qazaxıstan) – “Qarabağ” (Azərbaycan) – 1:2

Qollar: Vadji, 58 (0:1), Kante, 68 (1:1), Zubir, 62 (1:2)
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena