backend

Putin Trampa şərt qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vlıadimir Putinlə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı olub. Rusiya prezidenti Vlıadimir Putinlə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı olub.

TİA.AZ xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilir ki, Putin Trampı seçkilərdə qələbə qazanması münasibətilə bir daha təbrik edib və seçkiqabağı proqramının reallaşdırılmasında uğurlar arzulayıb. Rusiya lideri rəsmi Moskvanın “hüquq bərabərliyi prinsipləri əsasında, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq” şərti ilə ABŞ-ın yeni administrasiya ilə dialoqa hazır olduğunu bildirib.

Tərəflər həmçinin hazırda Rusiya-Amerika münasibətlərinin mürəkkəb dövr yaşadığını və normallaşması istiqamətində fəal işləməyin xeyirli olacağını bildiriblər. Xüsusilə, tərəflər beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsi və ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan Suriya böhranının nizamlanması məsələləri müzakirə olunub.

Putin və Tramp telefonla şəxsən əlaqə saxlamaq və perspektivdə görüşmək barədə razılığa gəliblər. Tərəflərin nümayəndələri belə bir görüşün hazırlanması ilə məşğul olacaqlar.