Prezidentin yüksək vəzifə verdiyi Vahid Hacıyev kimdir? – Fotobackend

Prezidentin yüksək vəzifə verdiyi Vahid Hacıyev kimdir? – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla bu vəzifə Vahid Rasim oğlu Hacıyevə həvalə olunub.

Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub.

Sözügedən şirkətə 2 il rəhbərlik edən V. Hacıyev, həmçinin törəmə şirkət olan “Agro Dairy Operation” MMC-nin rəhbəri olub.

O, daha əvvəl neft sektorunda fəaliyyət göstərib. Belə ki, Vahid Hacıyev 13 il “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.