Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı – Sərəncambackend

Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı – Sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Sıra №-si Tədbirin adı Ayrılan vəsait
Binəqədi rayonu
1 Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik  yeni binanın inşası 4 377 000
2 Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi 1 768 000
Qaradağ rayonu
3 Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri 3 858 000
Nərimanov rayonu
4 Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi 5 170 000
Sabunçu rayonu
5 Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi 3 084 000
6 Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi 5 799 000
7 Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi 3 600 000
8 Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və  bərpa-gücləndirilməsi 2 480 000
9 Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri 4 660 000
Suraxanı rayonu
10 Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi 5 204 000
                                                                             Cəmi 40 000 000