Pərakəndə satış müəssisələrinin rəhbərləri üçün qida təhlükəsizliyi ilə bağlı təlimə başlanılıbbackend

Pərakəndə satış müəssisələrinin rəhbərləri üçün qida təhlükəsizliyi ilə bağlı təlimə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 12-də Qida Təhlükəsizliyi İnstitutunda qida sahəsində fəaliyyət göstərən 30-dan çox pərakəndə satış müəssisəsinin rəhbərləri üçün qida təhlükəsizliyi ilə bağlı təlimə başlanılıb.

Bu barədə TİA.AZ-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

İki gün davam edəcək təlimin birinci günündə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Qida zənciri boyunca qida təhlükəsizliyi”, “Qida məhsulları necə təhlükəli ola bilər?”, “Çirklənmə yolları hansılardır?”, “GHP – Yaxşı gigiyena təcrübələri və onun komponentləri” mövzularında təqdimatla çıxış ediblər.

Təlimin ikinci günündə “HACCP sistemi və qida təhlükəsizliyi”, “Qida təhlükəsizliyi sahəsində yerli və beynəlxalq texniki normativ hüquqi aktlar” kimi mövzular müzakirə olunacaq.

Sonda təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunacaqlar.