Paşinyan: “Ermənistanın polis sistemindəki korrupsiyanın kökü kəsilməlidir”backend

Paşinyan: “Ermənistanın polis sistemindəki korrupsiyanın kökü kəsilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanlarda ölkədə korrupsiyaya qarşı mübarizə barədə qərar verəcəyini vəd edib.

“Report” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsindəki videomüraciətində bildirib.

“Dövlət Avtomobil Müfəttişliyindən başlayaraq, zəncirvari şəkildə yüksək rütbəli vəzifələrdə başa çatmaqla, polis sistemindəki korrupsiyanın kökü kəsilməlidir”, – deyə o bildirib.

Paşinyan yaxın günlərdə bununla bağlı müvafiq qərarın qəbul ediləcəyini qeyd edib. O, həmçinin əlavə edib ki, korrupsiyaya qarşı mübarizə Milli Təhlükəsizlik Xidməti üçün prioritet məsələ olmalıdır.