backend

Pakistan İsraili nüvə silahı ilə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Pakistanın rəsmi şəxslərinin adından “Facebook”da bəyanatlar ortaya çıxıb. 

İsrail və Pakistanın rəsmi şəxslərinin adından “Facebook”da bəyanatlar ortaya çıxıb.

TİA.AZ xəbər verir ki, bu haqda “The Guardian” nəşri bildirib.

Pakistanın müdafiə naziri Havadja Məhəmməd Asif İsrailə kəskin formada xatırladıb ki, onun ölkəsinin də nüvə silahı var.

“İsrailin müdafiə naziri Suriyada İŞİD-ə qarşı mübarizədə Pakistanın güman edilən rolu ilə əlaqədar nüvə təhdidi edib. İsrail Pakistanın da nüvə silahına malik olduğunu unudur”, – deyə pakistanlı nazir yazıb.

Belə sərt cavab isə İsrailin müdafiə naziri Aviqdor Libermanın bəyanatından sonra verilib. Dekabrın 20-də “AWD News” saytında çıxan xəbərə görə, nazir Pakistanın istənilən bəhanə altında Suriyaya qoşun göndərəcəyi halda, onu nüvə zərbəsi ilə məhv edəcəklərini bildirib.

Pakistan 1998-ci ildə nüvə dövlətləri klubuna qoşulub. İsrail isə nüvə silahına malik olduğunu rəsmən nə təsdiq, nə də təkzib edib. İsrail və Pakistan arasında diplomatik münasibətlər yoxdur.