“Oskar” otelində öldürülmüş Aysel Orucovanın qatili saxlanıldıbackend

“Oskar” otelində öldürülmüş Aysel Orucovanın qatili saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki hotellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyidinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

DİN-dən verilən məlumata görə, qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

* * *12:00

Abşeron rayonunda oteldə qətl baş verib.

“Oskar” otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı Aysel Orucovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.