Nurməhəmmədov cəzası bitdikdən sonra bu idmançı ilə döyüşəcəkbackend

Nurməhəmmədov cəzası bitdikdən sonra bu idmançı ilə döyüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UFC döyüşçüsü Həbib Nurməhəmmədovun növbəti rəqibi məlum olub.

Oxu.Az xəbər verir ki, onun rəqibi müvəqqəti çempion, amerikalı Dastin Porye olacaq.

Bu görüş sentyabrın 7-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək UFC 242 turniri çərçivəsində baş tutacaq.

Xəbəri Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov da təsdiqləyib.

Qeyd edək ki, 25 qələbə, 5 məğlubiyyəti olan Dastin Puarye aprelin 13-də Maks Holoveyi məğlub edərək müvəqqəti çempionluq qazanıb. Onun daimi çempion olması üçün UFC-nin məğlubedilməz çempionu Nurməhəmmədovu da məğlub etməsi lazımdır.

Onu da bildirək ki, Konor Makqreqorla döyüşdən sonra Nevada ştatının Atletik Komissiyasının qərarı ilə yarışlardan doqquz aylıq kənarlaşdırılan Həbib Nurməhəmmədovun cəzası iyulun 6-da başa çatacaq.