Nəsimi rayonunda yerləşən rəqs kollektivi Türkiyədə keçiriləcək Beynəlxalq  Festivala hazırlaşırbackend

Nəsimi rayonunda yerləşən rəqs kollektivi Türkiyədə keçiriləcək Beynəlxalq Festivala hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətində  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin iştirakı ilə tədbir keçirilmişdir. Mərkəz 18-26 aprel 2019-cu il tarixlərdə  Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq  İstanbul Ataşəhər Uşaq Festivalında   iştirak etmək üçün hazırlaşır.  Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  birinci  müavini Gülarə Verdiyeva  Azərbaycanı Türkiyədə təmsil edəcək Mərkəzin kollektivinə  uğurlar arzulamışdır.  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti kollektiv və valideynlər adından Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını  bildirmişdi. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış edərək, onlara göstərilən bu ehtimadı doğruldacaqlarına söz verdilər. Daha sonra Mərkəzin  rəqs kollektivi öz rəngarəng rəqsləri ilə bütün tədbir iştirakçılarının rəğbətini qazandı.