Navalnı Rusiyaya qayıdarsa, həbs ediləcəkmi? – Kremldən cavabbackend

Navalnı Rusiyaya qayıdarsa, həbs ediləcəkmi? – Kremldən cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya Federasiyasının istənilən vətəndaşı ölkəsinə qayıtmaqda sərbəstdir. Heç kim üçün heç bir məhdudiyyət yoxdur”.
TİA.AZ xəbər verir ki, bu haqda Rusiya Federasiyası Prezidentinin Mətbuat katibi Dmitri Peskov Kremlin Aleksey Navalnının Almaniyada müalicədən sonra Rusiyaya qayıtmasına necə yanaşdığından danışarkən deyib.
Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Federal Penitensiar Xidmətin (FTX) Aleksey Navalniyə qarşı tələbləri barədə heç bir şey bilmir.
Peskov prezidentin gərgin iş qrafiki olduğunu qeyd edib.
“Əgər düşünürsünüzsə, o, FTX-nin tələbi haqda dünən məlumat alıb, səhv etdiyinizi istisna etmirəm. Prezident Federal Penitensiar Xidmətin tələblərindən xəbərdar deyil”, – Putinin köməkçisi deyib.
Qeyd edək ki, bu ərəfədə Moskvadakı Federal Penitensiar Xidmətin veb saytında şərti olaraq məhkum olunmuş Aleksey Navalnının məhkəmə tərəfindən ona verilən vəzifələri yerinə yetirmədiyi və cinayət icra müfəttişliyinin nəzarətindən yayındığı barədə məlumatlar ortaya çıxıb. Nəzarətdən yayınma faktı təsdiqlənərsə, şərti cəzanın ləğvi üçün məhkəməyə müraciət göndəriləcək. Navalnının vəkili Vadim Kobzev Twitter-də yazıb ki, siyasətçi 29 dekabr 9.00-a qədər gəlməyəcəyi təqdirdə real həbs müddətiylə qarşılaşacaq.