Navalnı Nobel Sülh Mükafatını alacaqmı?backend

Navalnı Nobel Sülh Mükafatını alacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın ilk günü Nobel Sülh Mükafatına namizədlərin göstərilməsi müddəti başa çatdı.

Rusiya müxalifətinin lideri Aleksey Navalnının da adı Nobel Sülh Mükafatına namizədlərin sırasındadır. Dünyanın ən mötəbər mükafatına Navalnın namizədliyi hələ ötən ilin sentyabrında dünyanın nüfuzlu universitetlərinin bir qrup professoru tərəfindən irəli sürlmüşdü. ABŞ-ın nüfuzlu Rutgers Universitetinin professoru Sergey Yepofeyevin təşəbbüsün dünyanın nüfuzlu universitetlərinin yüzdən artıq professoru dəstəkləmişdi.

Daha sonra isə Aleksey Navalnı Nobel Sülh Mükafatına namizədliyi Şərqi Avropada anti-kommunist hərəkatının əfsanəfi lideri, Nobel Sülh Mükafatı laureatı Lex Valensa tərəfindən irəli sürüldü.

Aleksey Navalnınn Nobel Sülh Mükafatına namizədliyi Norveç parlamentinin üzvüləri tərəfindən də irəli sürülüb. Norveç parlamentinin üzvüləri hesab edir ki, Navalnı Rusiyanı dinc yolla demokratikləşdirmək və təhlükəli avtoritar rejimin korrupsiya fəaliyyətlərinin ifşası istiqamətindəki xidmətlərinə görə Nobel Sülh Mükafatına layiq götülməlidir.

Rusiya müxalifətinin lideri yeganə şəxsdir ki, namizədliyi Nobel Sülh Mükafatına namizəd göstərmək hüququ olan üç qrup, nüfuzlu universitetlərin professorları, mükafatın laueratı və Norveç qanunvericiləri tərəfindən irəli sürülüb. Buna görə də Navalnı Nobel Sülh Mükafatını almağa ən real namizəd hesab olunur.

Aleksey Navalnın Nobel Sülh Mükafatına layiq görülməsi bütün postsovet məkanında demokratikləşmə prosesinə güclü təkan verəcək.

Xaqani Cəfərli, politoloq