Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 26.04.2022-ci il tarixdən 30.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək:
“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.