Mübariz Qurbanlı: Zəncir vurmaq uydurulmuş hərəkətdirbackend

Mübariz Qurbanlı: Zəncir vurmaq uydurulmuş hərəkətdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhərrəm ayı və Aşura ilə bağlı mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fitvasına uyğun, qanun çərçivəsində, fotvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir.

Bunu Oxu.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu il Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fitvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb.

“Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi bu cür çağırışlar edir”, – deyə komitə sədri vurğulayıb.