Mübariz İbrahimov haqqında bədii filmin çəklişlərinə hazırlıq prosesi başlayıbbackend

Mübariz İbrahimov haqqında bədii filmin çəklişlərinə hazırlıq prosesi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəcai Bozkurt: Çünki yaradılmışların əşrəfiyik. Şərəflə doğulduq, şərəflə yaşayıb şərəflə öləcəyik…

Bu günlərdə türkiyəli rejissor Recai Bokurt Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov hakkında bədii film çəkmək üçün Türkiyə Kültür və Turizm, Azərbaycan Mədəniyyət və Turizm nazirliklərinin rəsmi dəstəyi ilə çalışmalara başlayıb.
Filmin çəkilişləri ilə bağlı Azərbaycana səfər edən rejissor Recai Bozkurt TİA.AZ saytına bunları deyib: ‘Biz beş min illik bir millətin mənsubuyuq. İdeal sahibi olmağa çalışmağımızın yeganə səbəbi də budur. İdeallarımız uğrunda qafatasçılıq etmədən, doğru bildiklərimizdən yer, zaman, məkan fərq etməksizin vaz keçməməyə; danışmağa, yazmağa və bu idealları həyata keçirməyə davam edəcəyik. Çünki yaradılmışların əşrəfiyik. Şərəflə doğulduq, şərəflə yaşayıb şərəflə öləcəyik… Azərbaycanın Milli Qəhrəmanı bütün Türk dünyasının qəhrəmanıdır”.
Qeyd edək ki, “Böyük Anadolu” layihəsi çərçivəsində yer alan silsilə filmlərdən ikincisi olan ” ‘Qara bayraq: Mübariz İbrahimov’ bədii filmi vasitəsi ilə rejissor Qarabağ həqiqətlərinin dünyaya yayılmasını, Azərbaycanın timsalında Türk dünyasına qarşı törədilən zülm və haqsızlığın gündəmə gəlməsinə çalışacaq.
Bu film Recai Bozkurtun Azərbaycanla bağlı sayca ikinci layihəsidir. Bundan əvvəl Azərbaycanda prezident seçkiləri zanamı rejissorun Azərbaycan və Türkiyə həmrəyliyindən bəhs edən “Türk divanına” adlı klipi yayaınlanmışdı. “ƏVƏT TÜRKİYƏ” adlı əsəri və “Siyah Sancaq İntiqam” silsilə layihəsinin ilk bölümü ilə tamaşaçılarda böyük maraq yaradan rejissorun fikrincə silsilənin ikinci filmi olan “Mübariz İbrahimov” bütün Türk dünyasının birliyinə atılmış yeni bir addım olacaq.
Bildirək ki, Biləsuvar və Qubadan sonra filmin Baki şəhərində də çəkilişləri nəzərdə tutulub.