Moldova mətbuatında erməni saxtakarlığı ifşa olundubackend

Moldova mətbuatında erməni saxtakarlığı ifşa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın TİMPUL informasiya portalında grator.ru saytının «Rus auditoriyası federal medianın ermənipərəst siyasətinə qarşı üsyan qaldırmağa başlayır”adlı məqaləsi dərc olunub.

TİA.AZ xəbər verir ki, məqalədə federal KİV-rin siyasətinin erməni diasporunun əlində informasiya alətinə çevrilməsi ilə bağlı Rusiyanın çoxsaylı xalqlarının nümayəndələrinin sosial şəbəkələrdə narazıçılığının artdığı qeyd olunur.

“Rusiyalılar Ermənistan-Azərbaycan münaqişəsinin həqiqətləri barədə obyektiv bir fikir eşitmək istəyirlər. Rusiyalılar yalnız erməni mövqeyini deyil, bütün mövqeləri eşitmək və yalnız Rusiya dövlətinin və çoxmillətli Rusiya xalqının maraqlarına uyğun olaraq qərar verməyə haqqları var”,- məqalədə deyilir.

Həmçinin məqalədə qeyd olunur ki, Tatarstan, Dağıstan, Çeçenistan, Başkortostan, və Rusiyanın Həştərxandan Volqoqrada kimi bir çox vilayətlərində, hətta Moskvada, o cümlədən Rusiyanın cənubunda erməni hökmranlıq və özbaşnalığından əziyyət çəkən ruslar, erməni təbliğatının alətinə çevrilmiş Rusiya KİV-lərindən narazı olduqları ilə bağlı yazıları sosial şəbəkələrdə yerləşdirirlər.

Qeyd olunur ki, Rusiya KİV-nin total erməniləşməsini artıq gizlətmək mümkün deyil, bunu Dağlıq Qarabağ münaqişəsini işıqlandırılması da göstərir.

Bildirilir ki, Rusiyanın çoxsaylı millətlərinin təmsilçiləri Rusiya KİV-də çalışan kadrların fəaliyyətənin qiymətləndirilməsi və onların Rusiya Federasiyasının maraqlarına xidmət edib-etməməsi ilə əlaqədar ölkə rəhbərliyinə müraciət hazırlayırlar.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: https://www.timpul.md/ru/articol/-Rossiyskaya-auditori