backend

“Mingəçevir su anbarı daşsa, Bakı məhv olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ki, ölkə ərazisində intensiv yağışlar yağır. Bu da öz növbəsində fəsadsız ötüşmür. Cəlilabad rayonunda kiçik tutumlu su anabarlarının daşması insanları işini xeyli çətinə salıb. Həmin ərazidə yerləşən evlər su altında qalıb. 

Bir neçə gündür ki, ölkə ərazisində intensiv yağışlar yağır. Bu da öz növbəsində fəsadsız ötüşmür. Cəlilabad rayonunda kiçik tutumlu su anabarlarının daşması insanları işini xeyli çətinə salıb. Həmin ərazidə yerləşən evlər su altında qalıb.


TİA.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü, ekoloq Telman Zeynalov azVision.az-a açıqlamasında intensiz yağışların Mingəçevir su anbarında təhlükəli vəziyyət yarada biləcəyi haqda fikirlərə aydınlıq gətirib. Ekoloq anbarda təhlükənin olmadığını bildirib.

“İki gündür ki, yağıntıların miqdarı 50-60 sm-i ötüb. Torpaqlarımızda orta gilin miqdarı üstünlük təşkil etdiyinə görə, su keçirmə halları çox zəif olur. Su keçən yerlərdə isə həmin an qurunt sularının səviyyəsi qalxır. Ümumiyyətlə, Azərbaycanın torpaq qatları hardasa 1 metr yarımdan sonra ağır gil olur. Bu gil qatının su keçirmə qabiliyyəti həddindən artıq zəifdir. Ona görə də qurunt sularının səviyyəsi qalxır və evləri su basır. Yerli bələdiyyələr, icra orqanları həmin ərazilərdə xırda arxlar çəksələr, suları çaylara axıtmaq olar. Bu baxımdan Mingəçevir su anbarında təhlükə yoxdur”

T.Zeynalov vurğulayıb ki, Mingəçevir su anbarında hazırda təhlükə gözlənilmir: “Bəndlərdə ola bilər ki, müəyyən sızmalar baş versin. Fövqəladə Hallar Nazirliyinin xüsusi bölmələri bunları nəzarət altında saxlayır. Bəndlərdən biri dağılsa, su oradakı bütün kəndlərı, hətta Bakını da yuyub Xəzər dənizinə atacaq. Belə bir hadisə olsa, Bakı məhv olacaq. Bu, oyuncaq deyil. Ona görə də buna güclü nəzarət edilir. Yerli camaatdan çox şey aslıdır. Onlar evlərinə, zirzəmilərə dolan yağış sularını arx çəkərək çaylara ötürə bilərlər. Mingəçevir su anbarında əvvələr mövcud olan sızmalarının hamsının qarşısı alınıb. Əgər Kürdə suyun səviyyəsi qalxıbsa, demək ki, su həddindən artıq lillənib. Həmin lili təmizləmək lazımdır. Hərçənd ki, lili təmizləmirik. Kür çayı lilli çaydır, amma təhlükəsi yoxdur”.