Məşhur rejissor vəfat etdibackend

Məşhur rejissor vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur amerikalı rejissor Con Sinqlton 51 yaşında vəfat edib.
TİA.AZ  xəbər verir ki, 17 apreldə iflic olan Sinqlton o gündən bəri komada idi.
Sinqlton 1991-ci ildə ekranlara gələn “Boyz n the Hood” filmi ilə məşhur idi. Rejissor, Oskar mükafatına layiq görülən ilk afro-amerikan və ən gənc şəxs kimi tarixə düşüb.
Con Sinqlton “The Fast and the Furious”, “2 Fast 2 Furious”, “Abduction” və s. məşhur filmlərə rejissorluq etmişdi.