Meyxanaçı Mahir Cürətin səhhəti pisləşib.
Tribunainfo. az -ın məlumatına görə, “Bizimləsən” proqramında ifaçı ilə bağlı süjet yayımlanıb. Vəziyyəti ağır olan meyxanaçı xəstəxanaya yerləşdirilib.
Atasının səhhəti ilə bağlı danışan meyxanaçının oğlu xəstəliyin atasının əsəblərinə də ciddi təsir etdiyini vurğulayıb.
Qeyd edək ki, Mahir Cürət M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.