“Kontakt Home” fərdi məlumatlar haqqında qanunvericiliyi pozduğuna görə cərimələnir

“Kontakt Home” fərdi məlumatlar haqqında qanunvericiliyi pozduğuna görə cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABC-Telecom” MMC-yə inzibati protokol yazılıb.

Tribunainfo.az xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci (Fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC “Kontakt Home” əmtəə nişanının sahibidir. Mətbuatda dərc olunan yazılarda şirkətin Milli Məclisin sabiq deputatı Elnur Allahverdiyevə məxsus olduğu bildirilsə də, MMC bunu təkzib edir.Pravda.az