MƏQSƏD GÜRCÜSTANDA ANTİ-DEMOKRATİQ REJİM QURMAQDIR…backend

MƏQSƏD GÜRCÜSTANDA ANTİ-DEMOKRATİQ REJİM QURMAQDIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin plenar iclasında “Xarici agentlər” haqqında qanunun qəbul edilməsi ölkədə etiraz aksiyalarıni tətikləyib. “Gürcü Arzusu” hökumətinin qəbul edilməsi anti-demokratik və insan haqlarının vəziyyətinə mənfi təsir edəcək. Məhz Gürcüstan hökumətinin bu planı ölkədə QHT, medianın və ictimai -siyasi insanların Qərbdən qrant almasının qarşısını almaq və onlara qarşı siyasi repressiyanı qanuniləşdirməkdir.

Tribunainfo.az yazır ki, bu barədə danışan siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, “Gürcü Arzusu” hökuməti bununla Qərbin ölkədə siyasi dayaqlarını neytrallaşdırmaq və hakimiyyətini uzatmaq istəyir:

“Bu xeyir-duanın Kremldən Bidzina İvanaşviliyə verməsi istisna deyil. Gürcüstan hökumətinin siyasəti anti-demokratik və ölkədə total bir rejim qurmaqdır. Gürcüstanda avtoritar, Rusiyadan asılı bir rejimin olması Azərbaycanın siyasi və iqtisadi maraqlarına cavab vermir. Azərbaycan üçün Gürcüstanda Qərblə tərəfdaş olan demokratik bir sistemin qurulması vacibdir”.