“GÜRCÜ ARZUSU” “GÜRCÜ KABUSU”NA ÇEVRİLDİ…backend

“GÜRCÜ ARZUSU” “GÜRCÜ KABUSU”NA ÇEVRİLDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcü kabusu”na çevrilmiş “Gürcü Arzusu” toplumu test etdi və bir addım geri çəkildi. Avroatlantik inteqrasiyanın bütün xalqı birləşdirən milli məsələ və hər kəsin qırmızı xətti olduğu bir daha təsdiqləndi.

Tribunainfo.az yazır ki, Gürcüstandakı iğtişaşlar barədə danışan politoloq Şahin Cəfərlinin fikrincə, indi əsas yük müxalifətin üstünə düşür:

“Məndə bu qənaət möhkəmləndi ki, müxalifətin bir liderin şəxsi ambisiyaları və qisasçılığı uğrunda mübarizə apardığı barədə təsəvvürlər ortada olanda xalq bu mübarizəyə dəstək vermir.

Ona görə də, müxalifət mütləq şəkildə çalışmalıdır ki, Gürcüstan siyasətini İvanişvili – Saakaşvili bipolyar rəqabəti və düşmənçiliyi mənzərəsindən, məhz bu zəmində qütbləşmədən qurtarsın.

Mübarizənin ideallar uğrunda aparıldığına xalq və xüsusən onun gənc təbəqəsi inandırılarsa, dəyişiklik daha asan olacaq. Əks təqdirdə, qoca “Qafqaz tülküsü” “parçala, hökm et” metodları ilə ölkəni öz şəxsi mülkü kimi girovluğunda saxlamağa davam edəcək”.