Manisada damda qalan inəyi yanğınsöndürənlər xilas edibbackend

Manisada damda qalan inəyi yanğınsöndürənlər xilas edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Manisanın Salihli rayonunda otlayan zaman yerlə eyni səviyyədə damda qalmış inəyi yanğınsöndürənlər xilas edib.

Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, inək yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə xilas edilib.

Damdakı kirəmitlər çökən zaman inək tələyə düşüb.

İnəyi yerindən çıxara bilməyən məhəllə sakinləri vəziyyəti yanğınsöndürənlərə xəbər veriblər.

Komandalar binanın döşəməsindən təxminən 1 metr hündürlükdə sıxılmış vəziyyətdə qalan inəyi dam örtüklərini çıxararaq xilas ediblər.