LAVROV BAKIYA HANSI TƏKLİFLƏRLƏ GƏLİR…?backend

LAVROV BAKIYA HANSI TƏKLİFLƏRLƏ GƏLİR…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya baş diplomatı Sergey Lavrovun Bakı səfəri ötən il 22 fevralda imzalanmış Moskva bəyannaməsinin ildönümü ilə bağlıdır. Amma Brüssel platformasının yenidən bərpası ərəfəsində Lavrovun Bakıya səfəri təkcə sənədə görə də deyil. Hesab edirəm ki, Lavrov sülh danışıqları mövzusunda portfelində hansısa təkliflər də gətirir.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Ramiyə Məmmədova Sergey Lavrovun Bakı səfəri barədə danışarkən deyib. O bildirib ki, Rusiya-Azərbaycan müttəfiqlik anlaşmasının bir ili səssiz-sədasız tamam oldu:

“Rusiya rəsmiləri başda prezident Putin olmaqla bəyan edirlər ki, yox olmaq təhlükəsi ilə üzləşiblər. Eyni fikirləri xor kimi Medvedev, Şoyqu, Lavrov və digərləri də səsləndirir. Bu, rus xalqını aldatmağa hesablanmış ifadələrdir. Diktatorlar qürub çağında belə danışmağa başlayırlar – xalqımızı, dilimizi və mədəniyyətimizi qoruyuruq. Kreml lideri də çeynənmiş fikirlərlə baş verənlərə ideoloji ad qoymağa çalışır: Rusiya təkqütblü dünyaya qarşı savaşır, Rusiya Amerikanın maraqlarına uyğun şəkildə dünyanın qurulmasına imkan vermir, Rusiya özünü qoruyur və s.
İndi Rusiya üçün Ukrayna cəbhəsində, Rusiyanın özündə qarışıq məqamdır. Belə vaxtda isə bu gün Rusiya baş diplomatı Sergey Lavrov Bakıda olacaq. Ötən il 22 fevralda imzalanmış Moskva bəyannaməsi ildönümü ilə bağlıdır. Amma Brüssel platformasının yenidən bərpası ərəfəsində Lavrovun Bakıya səfəri təkcə sənədə görə deyil, həm də sülh danışıqları mövzusunda portfelində hansısa təkliflər gətirir. Amma biz Ukrayna savaşının bizə təsirlərini bu mənada dəyərləndirməliyik: Rusiya-Azərbaycan müttəfiqlik anlaşmasının bir ili səssiz-sədasız tamam oldu…
Biz Rusiyanın Ukraynada qələbəsinə əmin olaraq Putinin quracağı yeni “SSRİ”də yerimizi bəri başdan ayırmışdıq. Bu sənədin başqa bir izahı yox idi. Ukrayna xalqı öz tarixi əhəmiyyətli müqaviməti ilə bizi və bütün keçmiş sovet xalqlarını bu aqibətdən qurtardı”.