Koronavirusdan ölən Teymur əmi dəfn edildi – FOTObackend

Koronavirusdan ölən Teymur əmi dəfn edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

TİA.AZ bildirir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.