Kolumbiya prezidentini 2-ci turda seçəcək: sağ, yoxsa sol?backend

Kolumbiya prezidentini 2-ci turda seçəcək: sağ, yoxsa sol?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada keçirilən prezidenti seçkilərinin ilk turunun nəticəsi müəyyənləşib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə iştirak edən 6 namizəddən heç biri minimum 50%-ə çata bilmədiyi üçün növbəti mərhələ 17 iyuna təyin edilib.

Sağ qolun təmsilçisi İvan Duke seçkilərin 39,13%-ni, sol cinahın nümayəndəsi Qustavo Petro 25,09%-ni qazanaraq 1 və 2-ci yerlərə sahib çıxıblar. İkinci tur seçkiləri bu iki namizəd arasında keçiriləcək.