Bəsləyib qurutduğu marixuananı gəmiricilərdən belə qoruyanın “narkotiki dadmaq arzusu” ürəyində qaldı.
ARB TV xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb regional şöbəsinin əməliyyatçıları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Şəmkir sakini 43 yaşlı Mehman Heydərovu saxlayıblar.
Mehman Heydərov – Saxlanılan şəxs: “Keçən il 2 ədəd öz istifadəm üçün çətənə kolu əkmişdim. Gətirib qurutdum. Onun yarısını istifadə etmişdim, qalanını da kibrit qutularına yığmışdım ki, siçan yeməsin. Bu il də 2 dənə sərmişdim. Yaş-yaş gətirdim ki, sərim, qurusun. Polislər gəldi, baxış keçirdi, aşkar elədilər”.
Şəmkirin Çənlibel kəndində xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxaran hüquq-mühafizə orqanlarının əməkdaşları şərti alıcıya heroin satmaq istəyən Gəncə sakinini də saxlayıb.