Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olunub.
Bu barədə TİA.AZ-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Məlumata görə, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:
“//azerdostavka.shop/tracks/1684209367”
“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici Votsap nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!” – açıqlamada qeyd olunub.