Kadırov Nurməhəmmədova fəxri ad və avtomobil hədiyyə etdibackend

Kadırov Nurməhəmmədova fəxri ad və avtomobil hədiyyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov UFC yarışlarında irlandiyalı samboçu Konor Makqreqoru məğlub edən Həbib Nurməhəmmədovu qəbul edib.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, Kadırov qazandığı qələbə münasibətilə Həbibi təbrik edib. O, döyüşçüyə “Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu və medalını verib.
Həbibin atası Əbdülmanap Nurməhəmmədov isə “Çeçenistanın Əməkdar bədən tərbiyəsi işçisi” fəxri adı ilə təltif edilib. Həmçinin Kadırov Həbibə avtomobil hədiyyə edib. Çeçenistan lideri hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov fondu adından bağışlayıb.
Xatırladaq ki, Nurməhəmmədov bazar günü Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub.