Kadir İnanırın son vəziyyəti açıqlandıbackend

Kadir İnanırın son vəziyyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk kinosunun ustad aktyorlarından olan Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. İnanırın həyat yoldaşı Jülide Kural aktyorun səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Kural, “Bu səhər Kadir İnanıra səfərim zamanı məni tanıması, əlimdən tutması kimi müsbət və şüurlu reaksiyaları oyanış prosesinin başlayacağına ümid verdi. Bu xəbəri sizə çatdırmaqdan çox xoşbəxtəm” dedi.

Beləliklə, Kadir İnanır indi intubasiyadan çıxarılıb.”O, orqanizminin təbii iş prosesini dərk etməyə başlayıb. Təbii ki, hələ də yorğundur və vaxta ehtiyacı var. Əminəm ki, o, öhdəsindən gələcək.