Şirvan şəhərində itkin düşən qadın müəllimin meyiti tapılıb
Meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib. Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub.
Həmin torba Çöl Göylər – Dağ Göylər avtomobil yolunda dərəyə atılıb. İlkin məlumata görə, meyitin mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva məxsusdur.“Report”