İnəyə təcavüz edən adam deportasiya edildibackend

İnəyə təcavüz edən adam deportasiya edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik kamerası görüntüləri vasitəsilə Mehmet adlı türk mühacirin Enschede şəhərindəki zooparkda inəyə cinsi təcavüz etdiyi müəyyən edilib.

Tribunainfo.az Gazeteduvar-a istinadən bildirir ki, Hollandiyanın Enschede şəhərindəki zooparkda ‘Laura’ adlı inəyə dəfələrlə cinsi təcavüz edən Mehmet adlı qeyri-qanuni immiqrantın deportasiya edildiyi bildirilib. Yerli mətbuatın məlumatına görə, 59 yaşlı türk mühacirin yaşayış icazəsi 2020-ci ildə ləğv edilib. Bildirilib ki, deportasiya edilən türkiyəli mühacir hazırda Türkiyənin şimalında yaşayır.

Zooparkın direktoru Ervin, sui-istifadənin təhlükəsizlik kamerası görüntülərindən aşkar edildiyini izah etdi və 2023-cü ilin son aylarında Mehmeti cinayət başında tutduqlarını söylədi. Vəziyyət polis orqanlarına çatdırılıb və inək Lauranın baytar həkim tərəfindən müayinəsi nəticəsində onun aylardır türk mühacir tərəfindən zorakılığa məruz qaldığı müəyyən edilib. Lauranın insanlara ehtiyatla yanaşdığını və özünü təcrid etdiyini bildirən Ervin, Lauranın mütəmadi olaraq yoxlamalara getdiyini də qeyd etdi.