İlham Əliyevdən Notr-Damla bağlı tvitbackend

İlham Əliyevdən Notr-Damla bağlı tvit

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Notr-Dam kilsəsində baş vermiş güclü yanğınla bağlı Tvitter mikrobloqunda paylaşım edib. 

TİA.AZ-ın xəbərinə görə, dövlət başçısı tvitlərini fransız və ingilis dillərində qeyd edib.

“Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, – deyə İlham Əliyev bildirib.