Hulusi Akardan xəbərdarlıqbackend

Hulusi Akardan xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qatil Haftar və tərəfdarları bilməlidirlər ki, Türk qüvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar, qanuni haqqımızdan istifadə etməklə hər yerdə hədəfə alınacaqlar”.

APA-nın y xəbərinə görə, bunu Liviyada səfərdə olan Türkiyə Müdafiə Naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib.

Nazir Yunanıstanın Cənubi Kipr və Şimali Kipr arasında yaratdığı münaqişə ilə əlaqədar da mesaj ünvanlayıb: “Adada həqiqi bir həll yolu tapılması üçün yunanlar inadkar davranışlarından əl çəkməli və türklərin varlığını qəbul etməlidirlər”.

Qeyd edək ki, Hulusi Akar dünən Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, hava və dəniz qüvvələri komandirləri ilə birgə Liviyaya səfər edib.