Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı qərar verildibackend

Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın Nevada ştatının atletika komissiyası ötən bazar Las-Veqasda keçirilən UFC 229 turniri ilə bağlı qərar verib.
Qaynarinfo xəbər verir ki, komissiyanın qərarına əsasən, rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor müvəqqəti olaraq diskvalifikasiya edilib.
Qərar 15-24 oktyabr tarixlərini əhatə edəcək. Bundan sonra komissiya döyüşçülərə sanksiyalar barədə qərar verəcək.
Qeyd edək ki, Nurməhəmmədov-Makqreqor döyüşü oktyabrın 7-nə keçən gecə baş tutub. Əsas döyüşdə Nurməhəmmədov Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb.