Havanın temperaturu 4 dərəcə enəcəkbackend

Havanın temperaturu 4 dərəcə enəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

TİA.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Sentyabrın 26-sı gündüzdən 28-dək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

Həmin müddətdə Azərbaycanın rayonlarında da havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.