Freddi Merkürinin nadir FOTOları yayıldıbackend

Freddi Merkürinin nadir FOTOları yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi “Queen” qrupunun gitaraçısı Brayan Mey mərhum Freddi Merkürinin indiyədək heç bir yerdə dərc olunmamış fotolarını yayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünya tarixinin ən populyar rok-qrupunun üzvlərinin bu nadir fotoları oktyabrda satışda olacaq “Queen in 3-D” kitabında yer alıb.

Fotoları B.Mey “Bohemian Rhapsody” sənədli filminin çəkilişləri zamanı lentə alıb.

Sənədli film qrupun yaradıldığı ilk gündən etibarən “Queeen”in 1985-ci ildə Londondakı “Uembli” stadionda tac almasına olanədək fəaliyyətindən bəhs edir.

Nadir fotolarda isə Brayan Mey, Freddi Merküri, Con Dikon və Rocer Teylor əks olunublar.

“Fujifilm” fotokamerası ilə çəkilmiş fotolar arasında nadir kadrlar da var. Belə kadrlardan brində Freddi Merkürinin “Hitrou” aeroportunda şəkli də var. Merküri o vaxtlar aeroportda fəhlə işləyirdi.