Fransız nəşrindən Paşinyana zərbəbackend

Fransız nəşrindən Paşinyana zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın ” Figaro” qəzeti Qarabağın keçmiş separatçısından müsahibə almaqla Nikol Paşinyanın siyasətinə zərbə vurmuş oldu.

Tribunainfo.az yazır ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Ermənistanda keçmiş separatçıların başçısı S.Şahramanyanın Fransanın “Figaro” qəzetinə müsahibəsi və Paşinyanın ona cavabı barədə danışarkən deyib. O bildirib ki, S. Şahramanyanın fəaliyyətə keçməsi erməni lobbisinin tapşırığıdır:

“Görünür, müəyyən dairələr Ermənistanda Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır. Artıq Ermənistan baş naziri Nikol Paşinyan S.Şahramanyanın açıqlamasına sərt təpki verərək, “Mühacirətdə Qarabağ hökumətini” tanımadığını və belə bir hökümət olmadığını elan etdi. Bu məsələlərin Ermənistanın təhlükəsizliyini təhdid etdiyini vurğuladı.

Göründüyü kimi Ermənistan hakimiyyəti rəsmən Qarabağ məsələsini bağlayıb və artıq irəli baxır. Ermənistan daxilində keçmiş separatçıların fəaliyyətlərini davam etdirməyə cəhd etməsi və növbəti mərhələdə N. Paşinyana qarşı yeni cəbhə formalaşmasına çalışırlar. Bu prosesdə keçmiş xarici işlər naziri V. Oksanyanla S. Şahramanyan birgə hərəkət edir. Rəsmi Yerevan Qarabağ məsələsini bağlayıb. Əgər Baş nazir S.Şahramanı neytrallaşdırmasa, növbəti mərhələdə onun bu kimi açıqlama və fəaliyyəti rəsmi Yerevanın mövqeyinə kölgə salmış ola bilər. Ona görə də Paşinyan ilk işi S.Şahramanyanı həbsə atmasıdır. Çünki S.Şahramanyan Ermənistanın təhlükəsizliyini təhdid edən mövqe ortaya qoyub. Fransanın ” Figaro” qəzeti Qarabağın keçmiş separatçısından müsahibə almaqla N. Paşinyanın siyasətinə zərbə vurmuş oldu”.

Roman