Fələstinlilərə Qüdsə getmək qadağan edildibackend

Fələstinlilərə Qüdsə getmək qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti müqəddəs Ramazan ayı müddətində Qəzza sektorunun sakinlərinin Qüdsə girişini qadağan edib

Axar.az xəbər verir ki, buna səbəb kimi İsrailin Qəzza sektoru ilə sərhədində yaranmış gərgin vəziyyət göstərilib. Bu il yalnız İordan çayının qərb sahilinin sakinlərinin Qüdsə gəlməsinə icazə veriləcək.
Bu barədə informasiyanı İsrailin ABŞ-dakı səfirliyi də təsdiqləyib.
Xatırladaq ki, İsrail adətən Ramazan ayında Qəzza sektorunun sakinlərinin Qüdsə keçiş prosesini sadələşdirirdi.