“Faktor Lizinq”in əməkdaşı ilə bağlı QALMAQALbackend

“Faktor Lizinq”in əməkdaşı ilə bağlı QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Faktor Lizinq” şirkətinin kredit şöbəsinin müdiri Fuad Mahmudov Bakının Şağan -2 yaşayış massivində tikdirdiyi villada çalışan fəhlələrin pulunu verməkdən imtinayla bağlı şikayət var. Avropa.info-ya daxil olan məlumata görə, “Faktor Lizinq” şirkətinin kredit şöbəsinin müdiri Fuad Mahmudovun villasında işləyiblər. Ay yarım F.Mahmudovun villasında çalışsalar da, gördüklərin işin zəhmət haqqını ala bilmirlər.

Onlar evin elektrik işlərini görüb, divar kağızını çəkib, rəngləmə işləri, həyətyanı sahədə döşəmə pilitə döşəyiblər. Fəhlələr qeyd edir ki, görüdüklərin işi isə 8 678 manat edib.
Fuad Mahmudov onlara pulu işi gördükdən sonra verəcəyini bildirib və işçilər də buna razı olublar. Fəhlələr deyir ki, lakin 45 gündən sonra iş bitsə də, Fuad Mahmudov müxtəlif bəhanələrlə işçilərin pulu verməkdən yayınıb: “Əvvəl pulu verəcəyinə söz versə də, sonrada açıqca boyun qaçırmağa başlayıb”.

Vəziyyət o həddə çatıb ki, ustalar Fuad Mahmudovdan israrla gördükləri işin zəhməthaqqını tələb ediblər. Bundan sonra Fuad onlara ümumiyyətlə, pul verməyəcəyini bildirib. Deyib ki, gedin kimə istəyirsiniz şikayət edin, bir qəpik də sizə pul verəsi deyiləm.

Yazıda qeyd olunan şikayətlə bağlı Avropa.info-nun əməkdaşı “Faktor Lizinq” lizinq şirkətinə müraicət etdi, problemlə bağlı şirkətin təmsilçilərinin də mövqeyini istəmək istəyib.

““Faktor Lizinq”dən əvvəlcə bildirdilər ki, Fuad Mahmudov adlı şəxs bu şirkətdə işləmir. Şirkətin rəsmi mövqeyini dərc etməyimiz üçün “Faktor Lizinq”dən Fuad Mahmudovun bu şirkətdə işləmədiyi barədə yazılı açıqlama istədik. Əməkdaşımızla söhbət edən özünü Ruslan Abiyev kimi təqdim edən şəxs Fuad Mahmudovun bu şirkətdə işləmədiyində israr elədi.

Şirkətə növbəti zəngdə özünü Turqut adlı şəxs kimi təqdim edən əməkdaş “Faktor Lizinq”də hansı vəzifə tutduğunu açıqlamaq istəmədi. Bu azmış kimi, adam bizi qanunu pozmaqda ittiham elədi. Bu şəxsə “KİV haqqında” Qanunun imkan və tələblərini izah etməyə çalışdıq. Öz dediklərində israr edən əməkdaş Avropa.info-nu bu yazıya görə məhkəməyə verəcəkləri ilə hədələdi”,- deyə sayt yazır.

Bu gün şikayətçilərdən biri – Mehman Əzizov “Faktor Lizinq” lizinq şirkətinin “Dəmirçi” Plazada yerləşən ofisində olub. M.Əzizov şirkətin təmsilçisi Ehtiram Əliyevlə görüşüb. Ehtiram Əliyev şikayətçiyə bildirib ki, Fuad Mahmudov bu şirkətdə işləmir, lakin onun Babək prospektində avtomobil salonu var. E.Əliyev F.Mahmdovun avtomobillərin satışı ilə məşğul olduğu üçün “Faktor lizinq”lə satış zamanı müştərilərin bu şirkətdən kredit götürməsi üçün vasitəçilik edir.

“Bizə maraqlı gələn bir neçə məqam var. Birincisi, Fuad Mahmudov “Faktor Lizinq”in rəsmi işçisi deyilsə, şirkət Avropa.info-ya rəsmi açıqlama verməkdən niyə imtina edir? Avropa.info-nun əməkdaşı ilə telefonla danışan “Faktor Lizinq”in təmsilçisi Ehtiram Əliyev olubsa, adam niyə özünü Turqut kimi təqdim edib? Fuad Mahmudovdan gördükləri işlərə görə pullarını ala bilməyən işçilər dələduzluq faktı ilə üzləşdikləri üçün hüquq-mühafizə orqanlarına müraciət etmək istəyirlər. Bu müraciət araşdırılmağa başlayanda Fuad Mahmudov ortaya “Faktor Lizinq” lizinq şirkətinin əməkdaşı kimi ortaya çıxacaq, yoxsa bu şirkət adından dələduzluq edən şəxs kimi?”,- deyə sayt vurğulayır.