Fahişəliklə məşğul olan azərbaycanlı qadın Türkiyədən qovuldubackend

Fahişəliklə məşğul olan azərbaycanlı qadın Türkiyədən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Aydın vilayətinin Sultanhisar rayonunda polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan üç qadın saxlanılıb.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Sultanhisar rayon Polis Şöbəsinə Atça məhəlləsində Y.P.-ya aid evdə qadınların fahişəliklə məşğul olması barədə məlumat daxil olub.

Səhər saatlarında həyata keçirilən əməliyyatla biri azərbaycanlı olmaqla, üç qadın ələ keçib. Y.P.-nin digər qadınları fahişəliyə cəlb etdiyi müəyyənləşib.

Azərbaycanlı qadın ölkədən deportasiya edilib, digər ikisi isə polis nəzarətindədir.