backend

Erməni əsgərlərlə bağlı bu xəbər ölkəni qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağda xidmət edən erməni əsgərlər pnevmaniya diaqnozu ilə hospitala yerləşdirilir. 

Dağlıq Qarabağda xidmət edən erməni əsgərlər pnevmaniya diaqnozu ilə hospitala yerləşdirilir.

TİA.AZ xəbər verir ki, havaların kəskin soyuması nəticəsində Azərbaycanın işğal altında olan ərazilərində dislokasiya olunmuş Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrinin istiliklə təmin olunmaması səbəbindən hərbi qulluqçular arasında xəstəliklərin artırması Ermənistanda növbəti qalmaqala səbəb olub.

Məlum olub ki, Ermənistan Müdafiə Nazirliyinin Maddi Texniki Təminat idarəsi ilə Xankəndində Baqramyan-18 ünvanında yerləşən Biotexnalogiya MMC arasında Dağlıq Qarabağda yerləşən hərbi hissələrin istiliklə, xüsusən odunla təmin edilməsi haqqında bağlanmış 49700500 dramlıq (105000 dollar) müqavilənin şərtləri yerinə yetirilməyib.

Nəticədə əsgərlər arasında xəstəliklər artıb, orta və ağır dərəcəli pnevmaniya epidemiyası yayılıb. 

Şirkət müqavilənin yerinə yetirilməməsində Müdafiə Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin keçmiş rəisi A.Mirzabekyanı günahlandırsa da, nazirlik rəsmisinin bildirdiyinə görə, Qarabağ şirkəti ayrılan pulları mənimsəyərək öhdəliyi yerinə yetirməkdən boyun qaçırır.

Erməni mətbuatı yazır ki, artıq ikinci ildir ki, Qarabağ şirkəti Ermənistan Silahlı Qüvvələrinin burada yerləşən hərbi hissələrini odunla təmin etmək öhdəliyini bilərəkdən yerinə yetirmir.

Ermənistandan Qarabağa xidmət etmək üçün gələn erməni hərbi qulluqçuların yaxınlarının şikayətlərinə əsasən, ölkənin müvafiq orqanları tərəfindən əsgərlərin soyuqdəymə və qripə yoluxaraq sıradan çıxmağına səbəb olmuş “Qarabağ klanı”na məxsus şirkətin fəaliyyəti araşdırılır.