Ən təmiz hava haradadır?backend

Ən təmiz hava haradadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Səhiyyə Təşkilatı (DST) havanın keyfiyyəti ilə bağlı hesabat yayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, ən təmiz havası olan ölkə Finlandiyadır. Bu ölkədə bir kubmetr havada toz mikrohissəciklərinin həcmi 6 mikroqramdır.

Təşkilatın hava təmizliyi üzrə reytinq cədvəlinin ilk beşliyində Estoniya, İsveç, Norveç və İslandiya da qərarlaşır.

DST-nin hesabatında bildirilir ki, havanın tərkibində kiçik hissəciklərin konsentrasiyası üzrə ən yüksək göstərici, yəni ən çirkli hava Yaxın və Uzaq Şərq, habelə Afrika ölkələrində qeydə alınıb. Bu bölgələrdə havanın tərkibindəki kiçik hissəciklərin konsentrasiyası reytinq cədvəlinə liderlik edən ölkələrlə müqayisədə 10 dəfə yüksəkdir.

DST-nin məlumatına görə, ən çirkli hava Uqanda, Monqolustan, Qətər və Kamerunda qeydə alınıb. Hesabata əsasən, dünyada hər il 7 milyon insan çirkli havanın doğurduğu xəstəliklərdən ölür.

Qurumun hesabatı 2008-cı ildən 2016-cı ilədək 100 ölkədə aparılmış tədqiqata əsaslanır.