Ekologiya və Təbii Sərvətlər naziri  İsrailin Azərbaycandakı səfiri ilə görüşübbackend

Ekologiya və Təbii Sərvətlər naziri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29 may 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər   Nazirliyində nazir Muxtar Babayevlə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav arasında tanışlıq görüşü keçirilib.

Görüşdə ətraf mühit, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüş zamanı nazir M.Babayev İsrailin ətraf mühitin  qorunması nazirini 14-16 noyabr 2018-ci il tarixlərində  Bakı şəhərində  keçiriləcək  “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisinə və sərgi çərçivəsində təşkil olunacaq Qafqazda ceyranların tarixən məskunlaşdığı ərazilərin bərpası mövzusunda beynəlxalq konfransa, dəniz ekosistemlərinin qorunmasına dair Beynəlxalq Foruma dəvət edib.

TİA.AZ