Ekologiya və Təbii Sərvətlər naziri belaruslu rejissor İqor Bışnyovu qəbul edibbackend

Ekologiya və Təbii Sərvətlər naziri belaruslu rejissor İqor Bışnyovu qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28 may 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.
Görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib, bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub. Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.

TİA.AZ