Dünya “Qarabağ”ın ulduzundan danışır: Nələr dedilər? (VİDEO)backend

Dünya “Qarabağ”ın ulduzundan danışır: Nələr dedilər? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yassin Benzia Əlcəzair millisinin heyətində ötən gün Cənubi Afrika yığmasına qarşı yoldaşlıq oyununda 2 qol və 1 assistə imza atmışdı.

“Qarabağ”ın futbolçusunun 3:3 hesabı ilə yekunlaşan oyunda vurduğu akrobatik qolu təqdim etmişdik.
Offsideplus.az xəbər verir ki, Benzia hazırda performansı ilə dünya mətbuatının gündəmindədir:
“Lequipe”: Benzia!!! “Qarabağ”ın futbolçusu qayçı zərbə ilə Cənubi Afrikaya qol vurdu. Gecənin ən gözəl qoludur, sözsüz ki.
“Foot Mercato”: Yassin Benzia Cənubi Afrikaya qarşı xariqüladə qol vurdu.
FIFA Dünya Kuboku: Yassin Benziadan velosiped zərbəsi.
Afrika Futbol Federasiyası: Yassin Benziaya baş əyin. Milli komandaya dönüşü belə elan edərlər…
“Men in Blazers”: İlin qolu Yassin Benziadan. Həm ağlasığmaz, həm də möhtəşəm.
“İnstant Foot”: Zlatan İbrahimoviç deyil, Yassin Benziadır.